Valvoline Tarixi və Əsas Məqamlar
-
1866 – ABŞ-da Dr. John Ellis tərəfindən ilk dəfə “Valvoline” markalı yağ istehsal olundu. Bu, dünyada ilk patentli motor yağı idi.
-
19-cu əsrin sonu – Valvoline dəmir yolları və sənaye mühərrikləri üçün əsas yağ təminatçılarından biri oldu.
-
1900-cü illər – Avtomobil sənayesinin yüksəlişi ilə Valvoline sürücülərin ən çox seçdiyi mühərrik yağına çevrildi.
-
1950-ci illər – Yarış avtomobillərində geniş istifadə olunmağa başlandı. Valvoline mühərrik yağları ABŞ-da bir çox avto-idman komandalarının rəsmi sponsorluğunu etdi.
-
1965 – İlk “Racing Oil” məhsulu bazara təqdim olundu.
-
1980–1990-cı illər – Yüksək texnologiyalı sintetik yağların istehsalı başladı. Valvoline dünya üzrə sürücülərə daha uzunmüddətli mühərrik qorunması təqdim etdi.
-
2000-ci illər – Şirkət beynəlxalq bazarda daha da böyüdü, yüzlərlə ölkədə fəaliyyət göstərməyə başladı.
-
2016 – Valvoline New York Birjasında IPO ilə açıq səhmdar şirkətə çevrildi.
-
2022 – Şirkət özünü iki istiqamətə ayırdı:
-
Valvoline Global Products (yağlar, texniki mayelər və əlavələr)
-
Valvoline Instant Oil Change (servis məntəqələri şəbəkəsi).
-
-
Bu gün – Valvoline 150 ildən artıq təcrübəsi ilə dünyanın 140-dan çox ölkəsində fəaliyyət göstərir, həm gündəlik avtomobillər, həm də peşəkar yarışlar üçün etibarlı mühərrik qorunması təmin edir.
Valvolinin əsas üstünlükləri:
- Innavasiyada öndə
- Mühərriki təmiz saxlıyır
- Tərkibi tam idealdır
- Yanacağa qənaət edir
- Havaya daha az maddə tullantısını təmin edir və.s
Dünyada ən birinci motor yağı 1873-cü ildə amerikalı həkim Con Ellis tərəfindən patentləşdirilmişdi. Ellis xam neftin xassələrini tibbi məqsədlər üçün tədqiq edərkən xam neftin yaxşı yağlayıcı xassələrə malik olduğunu aşkar etmişdi. Ellis eksperimental mayeni buxar mühərriyinin ilişmiş qapağına tökmüş və nəticədə qapaqlar daha rahat hərəkət etməyə başlamış və Con Ellis dünyada ilk motor yağı brendini - Valvoline qeydiyyatdan keçirmişdir.
Azinterval MMC – 2004-cü ildə Yusifov Elman Xanqulu oğlu tərəfindən təsis olunmuşdur.